akı. Trend:
Vergi sahəsində korrupsiya əməlləri törətməkdə təsirləndirilən vəzifəli şəxslər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin sabiq rəisi Zaur Adilovun və həmin idarənin audit şöbəsinin sabiq rəisi Əjdər Əliyevin barələrindəki hökmdən kassasiya şikayəti verib.
Trend-in məlumatına görə, cinayət işi Ali Məhkəmənin hakimi Tahir Kazımovun icraatına verilib.
Məhkəmənin ilk iclasının vaxtı məlum deyil.
Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Zaur Adilov 8 il 1 ay, digər təqsirləndirilən Əjdər Əliyev isə 8 il 2 ay müddətə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi hər iki şəxsin şikayəti qismən təmin edərək cəzanı 8 ilə endirilib.
Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü ( külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunub.