...

Havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri cərimələnib

Hadisə Materials 2 İyul 2025 17:42 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı “Fidan” şadlıq sarayından, “Rahib”, “Sehirli Təndir”, “Qaynana” və “Kükü” restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

Trend xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib edilərək hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti