...

Azərbaycanın regionda lider dövlətə çevrilməsində qadınlarımızın böyük rolu var - Bahar Muradova

Cəmiyyət Materials 2 İyul 2025 12:29 (UTC +04:00)
Azərbaycanın regionda lider dövlətə çevrilməsində qadınlarımızın böyük rolu var - Bahar Muradova
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın.Trend:

Əgər iqtisadi sahədə qadınların rolunu artırmaq istəyiriksə bunu yalnız savadlı qadınlarla edə bilərik.

Trend-in Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Laçında keçirilən ECO Qadınlar Forumu zamanı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanın regionda liderliyinin əldə olunmasında birmənalı şəkildə qadınların çox böyük rolu var:

"Biz bu inkişaf üzərindən daha çevik bir dönəmə, yeniliklərlə zəngin mərhələyə daha güclü qadınlarla, vətəndaşlarla daxil olmalıyıq. Bu gün biz şahid oluruq ki, Azərbaycan regionda lider dövlətdir və bu liderliyin əldə olunmasında birmənalı şəkildə qadınlarımızın çox böyük rolu var. Bu baxımdan belə forumların keçirilməsi çox faydalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti