Bakı. Trend:
"Beşiktaş" heyətini çilili futbolçu ilə gücləndirməyi planlaşdırır.
Trend Türkiyə KİV-nə istinadən xəbər verir ki, söhbət “Flamenqo”nun futbolçusu Erik Pulqardan gedir.
İstanbul təmsilçisi 31 yaşlı futbolçu üçün Braziliya klubu ilə danışıqlara start verib. Braziliyalılar onun transferinə görə “Beşiktaş”dan 5 milyon avro tələb edir. “Qara qartallar” isə ən pis halda Pulqarı 1 illik icarəyə götürmək istəyəcək.
Qeyd edək ki, 2022-ci il iyulun 29-dan “Flamenqo”da oynayan Erik 2027-ci il dekabrın 31-nə qədər bu klubuna məxsusdur.
O, karyerası ərzində “Deportes Antofaqasta”, “Universidad Katalika”, “Bolonya”, “Fiorentina”, “Qalatasaray” klublarında oynayıb.