Bakı.Trend:
Rentgen və kompüter-tomoqrafiya müayinələri ilə bağlı fəaliyyətlərlə məşğul olmaq üçün Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən xüsusi icazə tələb olunur. Bəs cari il ərzində neçə müəssiyə neçə belə icazə verilib?
Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov bildirib ki, Cari ildə ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə bağlı fəaliyyəti həyata keçirməklə əlaqədar xüsusi icazə almaq üçün müraciət edən müəssisə və təşkilatlatdan və həmçinin fiziki şəxslərdən daxil olan müraciətlərə əsasən 100 müəssisəyə xüsusi icazələr verilib.
O qeyd edib ki, bunlardan 67-si tibb müəssisələridir.
Həmçinin qeyd edilib ki, ionlaşdırıcı şüa mənbələrinin istifadəsi ilə əlaqəli müvafiq fəaliyyət istiqamətləri üzrə Xüsusi icazə müəssisəyə verilir və müəssisənin müvafiq ixtisaslaşmış mütəxəssisləri olmalıdır.