...

İtaliyada isti hava meşə yanğınlarına səbəb olub

Dünya xəbərləri Materials 2 İyul 2025 18:11 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyada müşahidə edilən anomal istilər meşə yanğınlarına səbəb olub.

Trend xəbər verir ki, ölkənin Kalabriya regionunun cənubunda son bir neçə gündə 100-dən çox yanğın baş verib. Ərazidəki bəzi zeytun bağları tamamilə yanıb.

Sardiniya adasında 21 meşə yanğını olub. Toskana regionunda isə 7 yerdə yanğınlar qeydə alınıb.

Ölkənin mülki müdafiə qurumu bütün regional idarələrə meşə yanğınlarına hazır olmaqla bağlı xəbərdarlıq edib. Bəzi ərazilərdə ocaq və manqal yandırmaq qadağan olunub.

Xəbər lenti

Xəbər lenti