...

Kibertəhlükəsizlik şirkəti sosial media fırıldaqları ilə bağlı xəbərdarlıq edib

Gündəm Materials 2 İyul 2025 14:41 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Kibertəhlükəsizlik şirkəti Kaspersky 2024-cü ildə sosial şəbəkələrdə yayılmış yeni fırıldaq kampaniyaları barədə xəbərdarlıq edib.

Trend şirkətə xəbər verir ki, fişinq və sosial mühəndislik üsullarından istifadə edən kiberhücumçular istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməyə və cihazlara zərərli proqramlar yükləməyə çalışırlar.

Ən çox “WhatsApp”, “Facebook”, “Instagram”, “TikTok”, “Telegram” və “X” (keçmiş “Twitter’) üzərindən yayılan bu hücumlar, saxta doğrulama səhifələri, pulsuz izləyici vədləri və “mükafat” reklamları ilə həyata keçirilir.

Qeyd edək ki, Kaspersky-nin “META” regionu üzrə nümayəndəsi Seifallah Jedidi bildirib ki, süni intellektin inkişafı fırıldaqları daha inandırıcı və fərdi hala gətirib. Onun sözlərinə görə, istifadəçilər güclü şifrlər, iki faktorlu autentifikasiya və kibertəhlükəsizlik barədə məlumatlılıqla bu risklərdən qoruna bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti