...

Pakistanda daşqın qurbanlarının sayı 60-ı ötüb

Dünya xəbərləri Materials 2 İyul 2025 16:14 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın şimal-qərb və şərq bölgəsində güclü leysan və sellər nəticəsində həftə ərzində 64 nəfər həyatını itirib, 117 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu haqda ölkənin Fəlakət Hallarının İdarəolunması Agentliyi məlumat yayıb.

Ən yüksək itki sayı Xeybər-Paxtunqva əyalətində qeydə alınıb. Bölgədə həlak olan 23-dən 10-u uşaqlar olub.

Ölkənin şərqində yerləşən Pəncab əyalətində isə leysan və daşqınlar yaşayış evlərinin uçması və 21 nəfərin ölümü ilə nəticələnib. Qurbanların 11-i azyaşlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti