Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə 20,5 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 1,2 milyon ABŞ dolları olub.
Türkiyəyə elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 374,3 milyon kVt/saat və ya 19,3 dəfə, dəyər ifadəsi ilə 23,9 milyon ABŞ dolları, yaxud da 20,9 dəfə azalıb.
Belə ki, ötən ilin ilk dörd ayında Azərbaycandan Türkiyəyə 394,8 milyon kVt/saat həcmində, 25,1 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilmişdi.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Rusiyaya, Gürcüstana və İrana 525,1 milyon kVt/saat həcmində, 29,1 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.