...

Qohum nikahlarına tətbiq edilən qadağa xoşagəlməz hadisələrin sayını azaldacaq - Komitə sədri

Cəmiyyət Materials 2 İyul 2025 12:27 (UTC +04:00)
Qohum nikahlarına tətbiq edilən qadağa xoşagəlməz hadisələrin sayını azaldacaq - Komitə sədri
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qohum nikahları və erkən nikaha təşəbbüslə bağlı qadağanın qüvvəyə minməsinə münasibət bildirib.

Trend-in Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, komitə sədri Bahar Muradova bununla bağlı Laçında keçirilən ECO Qadınlar Forumu zamanı jurnalistlərin sualını cavablandırıb.

O qeyd edib ki, qadağalar bu vaxta qədər baş verən bir çox xoşagəlməz hadisələrin sayının azalmasına gətirib çıxaracaq:

"Bizim də məqsədimiz budur. Prosesi tənzimləməyə cavabdeh qurumların əlaqəli fəaliyyəti, o cümlədən medianın dəstəyi, ictimai rəyi formalaşdıran insanların prosesdə ardıcıl iştirakı və töhfəsi faydalı olacaq.

Artıq qohum evlilikləri və erkən nikahla bağlı qanunazidd hər hansı əməl mütləq şəkildə məsuliyyət yaradır. Daha əvvəl maarifləndirmə ilə məşğul olurduqsa, indi konkret qadağaları əsas gətiririk. Bu əməli törədənlər, qanunun müəyyən etdiyi normanı nəzərə almayanlar mütləq şəkildə cəzalanacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti