Laçın. Trend:
İran qadınların iştirak etdiyi yüksək səviyyəli görüşə ev sahibliyi etmək istəyir.
Trend-in Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyin İƏT və çoxşaxəli iqtisadi əməkdaşlıq məsələləri üzrə departamentinin direktoru Behzad Azərsa Laçında ECO Qadınlar Forumu çərçivəsində keçirilən "Dayanıqlı İnkişada Qadınların Rolu" adlı panel sessiyada deyib.
O qeyd edib ki, ölkəsi qadınların təhsilə çıxışı daha əlçatan olmasını dəstəkləyir:
"Həmçinin, təklif edirik ki, İƏT-in qadınlar üçün yaşıl fondu yaradılsın. Bununla bərabər, qadınların irəli sürdüyü layihələrə maliyyə dəstəyi üçün də ayrıca fond yaradılmasını istəyirik.
Hesab edirik ki, qadınların dəstəklənməsi vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verəcək".