Bakı. Trend:
ABŞ-nin Ədliyyə Nazirliyi ciddi cinayətlər törətmiş şəxslərin əldə etdiyi Amerika vətəndaşlığının ləğv edilməsini nəzərdən keçirir.
Trend xəbər verir ki, bu haqda ölkənin yerli KİV-ləri baş prokurorun köməkçisi Bretta Şumeytin xidməti yazısına istinadən məlumat yayıb.
Məlumata görə, Şumeyt Amerikalı prokurorlara prezident Donald Trampın administrasiyasının yürütdüyü siyasətin dəstəklənməsi məqsədilə denaturalizasiya prosesi ilə bağlı geniş səlahiyyətlər verib.
Prokurorlara israrla tövsiyə olunur ki, bu məsələdə ABŞ-nin milli təhlükəsizliyi üçün potensial təhlükə yaradan şəxslərlə bağlı işlərə üstünlük versinlər.
Qeyddə həmçinin bildirilir ki, bəzi hallarda prokurorlar işgəncə, hərbi cinayətlər, insan alveri və insan hüquqlarının pozulmasında iştirak edən şəxslərin ABŞ vətəndaşlığından məhrum edilməsi prosesinə nail olmalıdırlar.