...

Azərbaycanda may ayında “Visa” ödəniş kartları ilə əməliyyatların həcmi azalıb

İqtisadiyyat Materials 2 İyul 2025 09:56 (UTC +04:00)
Azərbaycanda may ayında “Visa” ödəniş kartları ilə əməliyyatların həcmi azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin may ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin statistik vahidin ödəniş kartları) emissiya etdiyi “Visa” kartları vasitəsilə əməliyyatların sayı 124,153 milyon ədəd, əməliyyatların həcmi isə 7 milyard manat olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, əvvəlki ayla müqayisədə “Visa” kartları ilə əməliyyatların sayı 13,461 milyon ədəd və ya 9,8%, “Visa” kartları ilə əməliyyatların həcmi isə 956 milyon manat, yaxud da 12% azalıb.

Belə ki, cari ilin aprel ayının sonunda Azərbaycanda rezident maliyyə institutlarının emissiya etdiyi “Visa” kartları vasitəsilə əməliyyatların sayı 137,614 milyon ədəd, əməliyyatların həcmi isə 8 milyard manat idi.

Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə, ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti