Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyi Tehranın agentliklə əməkdaşlığı dayandırması haqda KİV-də məlumatların yayılmasından sonra İran hökumətindən bu məsələ ilə bağlı daha çox informasiya əldə edəcəyinə ümid edir.
Trend xəbər verir ki, bu barədə agentliyin adı açıqlanmayan nümayəndəsi CNN telekanalına açıqlama verib.
“Bizim bu məlumatlardan xəbərimiz var. BAEA İrandan rəsmi informasiya gözləyir”, - deyə agentliyin rəsmisi bildirib.
Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian Tehranın BAEA ilə əməkdaşlığının dayandırılması haqda qanunu imzalayıb. İyunun sonunda qəbul olunmuş qanun müəyyən şərtlərin yerinə yetirilməyəcəyi təqdirdə BAEA müfəttişlərinin İrana girişinə qadağanı nəzərdə tutur.