...

Bakıda qəzalı binalarla bağlı xüsusi Komissiya yaradıldı

Cəmiyyət Materials 2 İyul 2025 15:58 (UTC +04:00)
Bakıda qəzalı binalarla bağlı xüsusi Komissiya yaradıldı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

İcra Hakimiyyətindən Trend-ə bildiriliub ki, müşavirədə bir sıra məsələlər müzakirə olunub, o cümlədən son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı abadlıq işlərindən söz açılıb.

Müşavirə zamanı paytaxtımızda şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binaları ilə bağlı xüsusi Komissiya yaradılması qərara alınıb.

Bakının müxtəlif ərazilərində uzun illər əvvəl tikilən və müasir standartlara uyğun olmayan binaların hələ də mövcud olması nəzərə alınaraq Komissiyaya tapşırıq verilib ki, bununla bağlı məsələ tam araşdırılsın, xüsusi riskli zonalar müəyyən edilsin və bu problemin həlli yolları aidiyyəti qurumlarla birlikdə öyrənilsin.

Qeyd edilib ki, Bakıda mənzil fondu tam olaraq beynəlxalq standartlara uyğun səviyyəyə gətirilməlidir.

Həmçinin, müşavirədə paytaxtımızda piyada zonalarının genişləndirilməsi və yeni ərazilərdə belə zonaların yaradılması müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti