...

Ermənistanda Karapetyanın şirkətinin baş ofisində axtarış aparılır

Dünya xəbərləri Materials 2 İyul 2025 12:31 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda iş adamı Samvel Karapetyanın “Taşir” şirkətlər qrupunun baş ofisində hüquq mühafizə orqanları axtarış aparır.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, bir müddət əvvəl Məhkəmə Samvel Karapetyanın barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Karapetyan ölkədə son günlər yaşanan siyasi gərginlik fonunda Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxmışdı.

Eyni zamanda “Taşir” şirkətlər qrupunun baş direktorunun birinci müavini Narek Karapetyan Ermənistanda baş verənlərə qarşı Yerevanda kütləvi etiraz yürüşü elan etmişdi.

O, vətəndaşları 4 iyul saat 18:00-da Yerevanın Maştots prospektində yerləşən “Sizns” (Malibu) parkında toplaşmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti