Şuşa. Trend:
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında ticarətin təşviqi sahəsində birgə fəaliyyət üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamağa hazırdır.
Trend-in Şuşa şəhərinə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu İƏT baş katibi Əsəd Məcid Xan “İnvestisiyaların və ticarətin təşviqi İƏT regionunda dayanıqlı inkişafın katalizatoru kimi” mövzusunda 6-cı İƏT Biznes Forumunun gedişində bildirib.
“İƏT-ə üzv dövlətlər arasında ticarətin təşviqi sahəsində birgə fəaliyyət üzrə əməkdaşlığa dair Anlaşma Memorumu artıq tamamlanıb və 2025-ci il iyunun 25-dən imzalanmağa hazır vəziyyətə gətirilib. Bu memorandumun əsas məqsədi İƏT daxilində ticarət, investisiyalar və bizneslərarası əməkdaşlığın təşviqi üçün əlaqələndirməni gücləndirmək və birgə səyləri artırmaqdır”, – deyə o bildirib.
Əsəd Macid Xan əlavə edib ki, daha strukturlaşdırılmış və birgə yanaşma ilə İƏT bazarlarının tanıdılması və regionda yeni kommersiya əlaqələrinin yaradılması planlaşdırılır.
“Biz üzv dövlətləri daxili prosedurlarını tez bir zamanda başa çatdırmağa və hazır olduqları zaman imzalama prosesinə başlamağa çağırırıq”, – deyə o qeyd edib.
İƏT-in Baş katibi, həmçinin, üzv dövlətləri 2025 və 2026-cı illər üzrə ticarətin inkişafı sahəsində birgə tədbirlərə dair konkret təkliflərini təqdim etməyə dəvət edib.
Əsəd Macid Xan, həmçinin, gömrük məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında İƏT-ə üzv dövlətlər arasında Sazişin də tamamlandığını və hökumətlərin imzasına açıq olduğunu elan edib.
“Bu saziş üzv ölkələrimizin gömrük xidmətləri arasında hüquqi əməkdaşlığın formallaşdırılması və dərinləşdirilməsi yolunda mühüm mərhələdir. İndi daxili imzalama və ratifikasiya prosedurlarını başa çatdırmaq, sazişin qüvvəyə minməsi və qısa müddətdə tam şəkildə icra olunması üçün uyğun zamandır”, – deyə o qeyd edib.