...

İranın Məşhəd şəhərindən müəyyən istiqamətlərdə uçuşlar bərpa olunub

Dünya xəbərləri Materials 2 İyul 2025 17:48 (UTC +04:00)
İranın Məşhəd şəhərindən müəyyən istiqamətlərdə uçuşlar bərpa olunub
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətinin Məşhəd şəhərinin “Şəhid Haşeminejad” beynəlxalq aeroportundan 15 istiqamətdə uçuşlar bərpa olunub.

Trend-in məlumatına görə, bunu İranın Rəzəvi Xorasan vilayətinin aeroportlar idarəsinin baş direktoru Mahmud Amani Bəni yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, 12 şəhərə - Pekin, İstanbul, Dubay, Yeni Dehli, Şanxay, Kabil, Karaçi, Lahur, Mədinə, Məsqət, Moskva, Doha şəhərlərinə uçuşlar bərpa olunub.

Amani Bəni bildirib ki, hazırda üç beynəlxalq şirkət - “Turkish Airline”, “Fly Dubai” və “Əl-Ərəbiyyə” hava yolları şirkətləri Məşhəd aeroportuna uçuşları bərpa ediblər.

Amani Bəni qeyd edib ki, uçuşların bərpa olunduğu 3 şəhər isə ölkənin cənubunda yerləşən şəhərlərdir.

Qeyd edək ki, 13 iyunda İsrailin İrana hərbi hava hücumlara başlamasından sonra İranın hava məkanı bağlanıb və bu hücumlar 12 gün davam edib. Hazırda da ölkənin yarım-şərq istiqaməti uçuşlar üçün açılıb və ölkənin cənub, şimal və qərb hissələri uçuşlara qapalıdır.

Xəbər lenti

Xəbər lenti