Bakı. Trend:
İtaliyada bir həftədən artıq davam edən qızmar istilər azı beş nəfərin ölümünə səbəb olub.
Trend xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.
Xüsusilə Sardiniya adasında temperatur 40 dərəcəni ötüb. İtaliya Səhiyyə Nazirliyi istilərlə əlaqədar 18 şəhərdə maksimum təhlükə səviyyəsi olan “qırmızı xəbərdarlıq” elan edib.
Oxşar hava şəraiti Cənubi Koreyada da insan tələfatı ilə nəticələnib. Yonhap agentliyinin məlumatına görə, ölkədə ekstremal istilər nəticəsində beş nəfər ölüb, 600-dən çox sakin günvurma diaqnozu ilə həkimə müraciət edib.
Hazırda Cənubi Koreyada gündüz saatlarında temperatur orta hesabla 35 dərəcəyə çatır.
Hər iki ölkədə hakimiyyət orqanları sakinlərə günün isti saatlarında açıq havada uzun müddət qalmamağı və ehtiyat tədbirlərinə əməl etməyi tövsiyə edir.