Bakı. Trend:
Rusiyada əcnəbi vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınması üçün dövlət rüsumunun tətbiqini nəzərdə tutan qanun layihəsi təsdiqlənib.
Trend xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, qanun layihəsi iyulun 3-də Rusiya hökumətinin iclasında qəbul olunub.
Layihəyə əsasən, əcnəbi vətəndaşların qeydiyyata alınması üçün mövcud dövlət rüsumunun artırılması da planlaşdırılır.
Qeyd edilir ki, bu tədbirlər Rusiyada yaşayan əcnəbilərin qeydiyyat prosesinə nəzarətin gücləndirilməsi məqsədi daşıyır.