...

Azərbaycanda sosial sığorta daxilolmaları 13,7 faiz artıb

İqtisadiyyat Materials 4 İyul 2025 17:19 (UTC +04:00)
Azərbaycanda sosial sığorta daxilolmaları 13,7 faiz artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar – iyun aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 146 milyon manata yaxın olub.

Trend Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,7 faiz və ya 378,1 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,3 faiz artaraq 2 milyard 47,3 milyon manatdan çox təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artıb və 111,5 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,8 faiz artaraq 83,3 milyon manata yaxın təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artıb və 544,0 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,4 faiz artaraq 376,3 milyon manatdan çox təşkil edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti