...

Prezident İlham Əliyev: İşğal dövründə Ermənistan 67 məsciddən 65-ni yerlə-yeksan edib

Siyasət Materials 4 İyul 2025 15:45 (UTC +04:00)
Prezident İlham Əliyev: İşğal dövründə Ermənistan 67 məsciddən 65-ni yerlə-yeksan edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

Prezident İlham Əliyev qeyd edib ki, 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə edilib.

"Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi.

Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq, Ermənistana aparılıb", - deyə dövlət başçısı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti