Bakı. Trend:
Hazırda altsistemdə təxminən 1,7 milyondan artıq əmək müqaviləsi
elektron formada bağlanıb ki, bu da mövcud müqavilələrin 93%-ni
təşkil edir.
Trend xəbər verir
ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev
beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış
edərkən deyib.
O qeyd edib ki, Dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə
qiymətləndirilməsində Nazirlik mərkəzi icra hakimiyyəti orqanları
arasında üç il ardıcıl olaraq birinci yerə layiq görülüb və 2024-cü
ilin nəticələrinə əsasən 97,77 % göstərici ilə vətəndaş
məmnuniyyətinin təmin olunması sahəsində əldə etdiyi uğuru bir daha
təsdiqlənib.
"“DOST” Mərkəzlərində əhaliyə vahid platformadan 161 xidmət təqdim
edilir, həmin xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,5
faizdir.
Əmək, məşğulluq və sosial müdafiə sahələrində
xidmətlərinrəqəmsallaşdırılmasında mühüm nailiyyətlər əldə
edilmişdir. Nazirliyimizin təqdim etdiyi 159 xidmətdən 90%-dən çoxu
tam elektronlaşdırılmış, onlardan 60 xidmət isə proaktiv təqdim
olunur. Bu rəqəmsal transformasiya nəticəsində vətəndaşlar daha az
vaxt sərf etməklə, şəffaf və çevik formada sosial xidmətlərə çıxış
əldə edir, proseslərdə fiziki iştirak zərurəti minimuma enir"- deyə
nazir vurğulayıb.