...

Bu yollarda hərəkət tam məhdudlaşdırılacaq

Cəmiyyət Materials 4 İyul 2025 17:17 (UTC +04:00)
Bu yollarda hərəkət tam məhdudlaşdırılacaq
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

6 iyul saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində aparılacaq təmir işləri ilə əlaqədar olaraq Alı Mustafayev küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən və Əbdülvahab Salamzadə küçəsinin Xutor tunelinə giriş hissəsindən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti