...

Almaniya Ukrayna üçün ABŞ-dan "Patriot" zenit-raket kompleksləri almaq istəyir

Dünya xəbərləri Materials 4 İyul 2025 15:41 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius sonradan Kiyevə ötürülməsi üçün Amerikadan “Patriot” Zenit-Raket Komplekslərinin alınması ilə bağlı rəsmi Vaşinqtonla danışıqların aparılması ilə bağlı informasiyanı təsdiqləyib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Bu boşluğu yenidən "Patriot" sistemləri ilə doldurmaq üçün müxtəlif yollar var, siz onlardan birini qeyd etdiniz”, – deyə o, Almaniya hökumətinin ABŞ-dən hava hücumundan müdafiə sistemləri alaraq sonradan onları Ukraynaya təhvil verməyi planlaşdırıb-planlaşdırmaması ilə bağlı sualı cavablandırarkən jurnalistlərə bildirib.

Kornelius qeyd edib ki, Berlin Vaşinqtonun Ukraynaya bəzi silah tədarükünü dayandırmaq qərarını “müvəqqəti siqnal” kimi qəbul edir.

“Amma Ukraynanın, ilk növbədə, hava hücumundan müdafiə vasitələri ilə fəal şəkildə təchiz olunması istiqamətində çox intensiv danışıqlar aparılır”, – deyə Almaniya hökumətinin nümayəndəsi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti