...

Qazaxıstan Xəzər dənizində limanların potensialını aktiv şəkildə inkişaf etdirir - Baş nazir

İqtisadiyyat Materials 4 İyul 2025 15:39 (UTC +04:00)
Qazaxıstan Xəzər dənizində limanların potensialını aktiv şəkildə inkişaf etdirir - Baş nazir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Xankəndi. Trend:

Qazaxıstan Xəzər dənizində limanların potensialını aktiv şəkildə inkişaf etdirir.

Trend-in Xankəndiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Qazaxıstanın baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə deyib.

“Qazaxıstan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən etibarlı logistik qovşağa çevrilməkdədir. Biz vacib multimodal marşrutları – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, həmçinin, Qazaxıstan və Türkmənistandan marşrutları aktiv şəkildə inkişaf etdiririk.

Həmçinin, bizim Xəzər dənizindəki limanların potensialının genişləndirilməsi istiqamətində faəl iş aparılır. Aktau limanında konteyner qovşağı artıq açılıb, Kurık limanında isə çoxfunksional terminal inşa olunur”, - deyə o bildirib.

Bektenov qeyd edib ki, Qazaxıstan daim çoxtərəfli əməkdaşlığın və açıq iqtisadi məkanın formalaşdırılmasının tərəfdarı olub. Hazırda Qazaxıstanın İƏT-ə üzv dövlətlərlə ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti