Kəlbəcər.Trend:
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevin meyitlərinin qalıqları Kəlbəcər rayonunda torpağa tapşırılıb.
Trend-in yerli müxbirinin məlumatına görə, Kəlbəcər şəhərində şəhidlərlə vida mərasimindən sonra onlar nəşlərinin qalıqları şəhər qəbiristanlığında dəfn edilib.
xxx
14:54
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevin meyitlərinin qalıqları Kəlbəcər rayonuna gətirilib.
Trend-in yerli müxbirinin məlumatına görə, Kəlbəcər şəhərində şəhidlərlə vida mərasimi keçirilib.
Qeyd edək ki, Yusif İsmayıl oğlu Əzizov 1948-ci ildə, Mehman Camal oğlu Musayev 1964-cü ildə, Qafar Qəmbər oğlu Qarayev isə 1939-cu ildə Kəlbəcər rayonunun Taxtabaşı kəndində anadan olublar.
Onlar 1993-cü il martın 27-də rayonun Çıraqlı kəndi istiqamətində itkin düşüblər.
Şəhidlər Kəlbəcər şəhər qəbiristanlığında dəfn ediləcəklər.