...

Xankəndi Qafqazın yeni inkişaf mərkəzinə çevriləcək - Türkiyə Prezidenti

Siyasət Materials 4 İyul 2025 15:36 (UTC +04:00)
Xankəndi Qafqazın yeni inkişaf mərkəzinə çevriləcək - Türkiyə Prezidenti
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Xankəndi. Trend:

Səmimi olaraq əminliyimi bildirirəm ki, qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən mövqeyi sayəsində qədim Xankəndi şəhəri Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcək.

Trend xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

Türkiyə lideri ECO-nun Zirvə görüşünün Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında keçirilməsindən məmnunluğunu ifadə edib.

Rəcəb Tayyib Ərdoğan deyib: “Bu görüşün işğaldan azad edilmiş Xankəndidə təşkil olunması tədbirə xüsusi əhəmiyyət və məna verir”.

Xəbər lenti

Xəbər lenti