...

Türkmənistan İƏT nəqliyyat infrastrukturunun müasirləşdirilməsi təşəbbüsü ilə çıxış edib

İqtisadiyyat Materials 4 İyul 2025 17:35 (UTC +04:00)
Türkmənistan İƏT nəqliyyat infrastrukturunun müasirləşdirilməsi təşəbbüsü ilə çıxış edib
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Xankəndi. Trend:

Türkmənistan müasir çağırışları və regionun tələblərini nəzərə alaraq, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində mövcud logistika və nəqliyyat əməliyyatlarını təzələmək və mükəmməlləşdirmək təşəbbüsü ilə çıxış edib.

Trend xəbər verir ki, İƏT-in Xankəndidə keçirilən 17-ci Zirvə-görüşündə çıxış edən Türkmənistanın baş nazir müavini, xarici işlər naziri Rəşid Meredov nəqliyyat infrastrukturunun inkişafının vacibliyini vurğulayıb.

O, xüsusilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanının müasirləşdirilməsi, eləcə də, Avropa və Asiyanı birləşdirən dəmir yolu və avtomobil yollarının yaxşılaşdırılmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, bu tədbirlər tranzit potensialının artırılmasına və ölkələrarası iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək.

“Nəqliyyat dəhlizlərimiz müasir tələblərə cavab verməli, davamlı, təhlükəsiz olmalı və İƏT ölkələrini Avrasiya məkanında səmərəli şəkildə birləşdirməlidir”, – deyə R.Meredov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti