...

İşğaldan azad olunmuş ərazilərdə yeni iş yerlərinin yaradılması istiqamətində fəaliyyətlər həyata keçirilir - Anar Əliyev

İqtisadiyyat Materials 4 İyul 2025 16:18 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin əvvəlindən icrasına başlanılan sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.

Trend xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib.

O bildirib ki, bununla yanaşı, əmək hüquqlarının qorunması və layiqli əməyin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir.

"Azərbaycanda 2030-cu ilə kimi Məşğulluq Strategiyasının qəbul olunması nəticəsində işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi güclənmiş, əhatə dairəsi genişlənmiş, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqi təmin edilib"- deyə o əlavə edib.

Nazirin sözlərinə görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində isə işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına yönəldilmiş məqsədyönlü tədbirlər həyata keçirilir:

"Belə ki, Dövlət Proqramının prioritetlərinə uyğun olaraq, bu ərazilərdə məskunlaşan əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və səmərəli məşğulluğun stimullaşdırılması, sosial xidmətlərin əhatə dairəsinin genişləndirməsi və əlçatanlığının təmin edilməsi istiqamətində nəticəyönümlü fəaliyyətlər həyata keçirilir.

Əmək və məşğulluq sahəsində bütün məsələləri operativ vahid platforma üzərindən həll etmək üçün yaradılmış yeni “Əmək münasibətləri və məşğulluq” (ƏMAS) alt sistemi innovativ həllər əsasında əmək münasibətlərinintənzimlənməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, əmək bazarının inkişafı və əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün yeni imkanlar açır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti