Bakı. Trend:
ABŞ lideri Donald Tramp Çinə səfər edə bilər.
Trend xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Nyu-Cersi ştatına yollanarkən “bir nömrəli təyyarənin” göyərtəsində jurnalistlərə verdiyi açıqlamada deyib.
“Çin lideri Si Cinpin məni oraya dəvət etdi. O, mənə "Gələcəksən?" deyə soruşdu. O da buraya gələ bilər. Biz bir-birimizlə yaxşı münasibətdəyik”, - deyə Tramp bildirib.
Tramp əlavə edib ki, hələ növbəti dəfə hansı ölkəyə səfər edəcəyinə qərar verməyib:
“Hər şey daim dəyişir. Biz Avropaya səfəri planlaşdırırıq. Məni Türkiyəyə də dəvət ediblər. Açığı, demək olar ki, bütün ölkələrə dəvət olunmuşam”, – deyə o bildirib.