...

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru UEFA-dan təyinat alıb

İdman Materials 4 İyul 2025 18:35 (UTC +04:00)
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru UEFA-dan təyinat alıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan yeni təyinat alıb.

Trend xəbər verir ki, o, Konfrans Liqasının II təsnifat mərhələsində Serbiyada “Novi Pazar” və Polşanın “Yagelloniya” komandaları arasında keçiriləcək ilk oyunun hakim-inspektoru olacaq.

İyulun 24-də “Qradski” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 31-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti