...

Kəmaləddin Heydərov Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Siyasət Materials 4 İyul 2025 12:39 (UTC +04:00)
Kəmaləddin Heydərov Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanq ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazir Kəmaləddin Heydərov səfir Kımqu Kanqı səmimi salamlayaraq, ölkəmizdə fövqəladə və səlahiyyətli səfir təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan ilə Koreya arasında münasibətlərin qarşılıqlı hörmət və səmimi tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayan nazir, bu çərçivədə iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə üzrə münasibətlərin daha da genişləndirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib.

Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə qonağa ətraflı məlumat verən nazir Kəmaləddin Heydərov iki dost ölkə arasında sözügedən sahədə ikitərəfli əməkdaşlığın ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirildiyini diqqətə çatdırıb. Nazir imzalanmış müvafiq ikitərəfli sənədlər əsasında görülən işlərdən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunub.

Səmimi görüşə və təbrikə görə təşəkkürünü bildirən Koreya Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanq iki ölkə arasında münasibətlərin, o cümlədən fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığın daim genişləndiyindən məmnunluq ifadə edib. Səfir K.Kanq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı faydasından danışıb, bu istiqamətdə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti