Bakı. Trend:
Yaxın Şərqin bir çox ölkələri İsraillə münasibətlərin normallaşmasını nəzərdə tutan İbrahim Razılaşmalarına qoşulacaqlar.
Trend xəbər verir ki, belə bir bəyanatla ABŞ prezidenti Donald Tramp çıxış edib.
“Düşünürəm ki, bir çoxları İbrahim Sazişlərinə qoşulacaq”, - deyə o, Ayova ştatına səfərdən sonra Vaşinqtona qayıdarkən jurnalistlərə bildirib.
Tramp qeyd edib ki, bu məsələ iyulun 3-də Ağ Evdə Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Əl Səudla keçirilən görüşdə müzakirə olunub.
Bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Livan və Suriyanın yəhudi dövləti ilə münasibətlərin normallaşdırılmasının real bir ehtimal olduğunu bildirmişdi.