...

Dövlətin elmi-intellektual müsabiqələrə verdiyi diqqət təqdirəlayiqdir - Fərhad Hacıyev

Siyasət Materials 4 İyul 2025 15:48 (UTC +04:00)
Dövlətin elmi-intellektual müsabiqələrə verdiyi diqqət təqdirəlayiqdir - Fərhad Hacıyev
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“Yüksəliş” müsabiqəsi hər il ölkə başçısının sərəncamı ilə keçirilir və bu, dövlətin kadr potensialının inkişafına verdiyi yüksək önəmin göstəricisidir.

Trend xəbər verir ki, Gənclər və İdman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev bu fikri beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı bildirib.

“Biz düşünürük ki, bu, özlüyündə çox mühüm əhəmiyyət daşıyır. Çünki dövlətimizin məhz elmi-intellektual müsabiqələrə belə diqqət və qayğı göstərməsi təqdirəlayiqdir. Bu il artıq müsabiqənin 5-ci dəfə keçirilməsi ilə yanaşı, Zəfərimizin də 5-ci ildönümüdür. Zəfərin 5-ci ildönümü ilə bağlı bizə mühüm və şərəfli bir vəzifə həvalə olunub və yaxın günlərdə bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”, – deyə o vurğulayıb.

Nazir müavini əlavə edib ki, “Yüksəliş” müsabiqəsi gənclərin inkişafında və idarəçilik bacarıqlarının üzə çıxarılmasında mühüm rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti