Bakı. Trend:
5 iyul — Ümumdünya Badminton Günü münasibətilə Yelo Bank və
Azərbaycan Badminton Federasiyası birgə təşəbbüslə xüsusi tədbir
təşkil edib. Badmintonun hər kəs üçün əlçatan və əyləncəli olduğunu
göstərmək məqsədilə keçirilən məşqdə daun sindromlu, autizm spektr
pozuntusu və digər əlilliyi olan uşaqlar və gənclər iştirak
edib.
Tədbirin məqsədi inklüzivliyi təşviq etmək, sağlam həyat tərzini
dəstəkləmək və uşaqlara idmanın sevincini yaşatmaq olub. Məşq
zamanı iştirakçılar badmintonla tanış olub, ilk zərbələrini vurub
və peşəkar məşqçilərin dəstəyi ilə əyləncəli anlar yaşayıblar.
Onların kortdakı enerjisi və sevinc dolu reaksiyaları həm
təşkilatçılara, həm də bütün izləyicilərə ilham verib.
Yelo Bank olaraq inanırıq ki, idman hər kəs üçün əlçatan olmalıdır.
Sağlam həyat tərzini və inklüzivliyi dəstəkləmək, cəmiyyətimizdə
daha çox pozitiv dəyişikliklər yaratmaq üçün belə təşəbbüsləri
davam etdirmək niyyətindəyik.
Yelo Bank
vakansiya elanları ilə tanış olmaq istəyirsən? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!