...

Avropada anomal istilər: İtaliyada istidən asfalt əriyir

Dünya xəbərləri Materials 4 İyul 2025 10:47 (UTC +04:00)
Avropada anomal istilər: İtaliyada istidən asfalt əriyir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropaya daxil olmuş hərarət dalğası yeni rekordlar vurmaqdadır: qitənin bəzi yerlərində temperatur artıq 40 dərəcə selsini ötməkdədir.

Trend bu barədə “Euronews”a istinadən xəbər verir.

Türkiyə

Türkiyədə havaların isti və quraq keçməsi, digər yandan küləklərin şiddətlənməsi İzmir və İstanbulda meşə yanğındalarına yol açıb. Yanğın ocaqlarının söndürülməsinə yüzlərlə xilasedici, o cümlədən xeyli saydan yanğınsöndürmə təyyarəsi və helikopteri cəlb olunub. On minlərlə insan yaşadıqları ərazilər tərk etmək məcburiyyətində qalıb.

İtaliya

Sinoptiklərin proqnozlarına görə, bu gün (4 iyul) İtaliyada əvvəlki günlərdən də isti hava şəraiti gözlənilir. İtaliyanın səhiyyə nazirliyi ölkənin 27 iri şəhərindən 17-də anomal yüksək temperaturun qeydə alındığını və həftənin əvvəlindən etibarən azı 5 nəfərin həyatını itirdiyini bildirib.

İtaliyanın şimalında yerləşən Boltsano şəhərində anormal istilər – temperaturun +37 dərəcəyə çatması halları getdikcə daha tez-tez müşahidə olunur. Şəhər təpəlik ərazidə yerləşir və burada yaşıllıqların azlığı istinin daha da artmasına səbəb olur. Xüsusilə sənaye rayonlarında vəziyyət mürəkkəbdir – bəzi yerlərdə temperatur o qədər yüksəkdir ki, hətta asfalt örtüyü də əriyir.

Avstriya

Avstriyada isə cümə axşamı ekstremal istilər davam edib – havanın temperaturu bəzi bölgələrdə 38 dərəcəyə qədər yüksəlib. Zaltsburqda turistlər kondisionerli və ventilyatorlu qapalı məkanlarda istidən sığınacaq axtarıblar.

İsti hava dalğası şəhərsalma problemlərini üzə çıxarıb, xüsusilə də yaşıllığın az olduğu sıx tikililər yerləşən rayonlarda. Böyük beton konstruksiyalar və kölgənin olmaması şəhərin bəzi ərazilərini yaşamaq üçün son dərəcə çətin hala gətirib.

Son onilliklərdə Zaltsburqda 30°C-ni keçən isti günlərin sayı iki dəfə artıb – ildə 10 gündən təxminən 20 günə çatıb.

İsti hava və quraqlıq meşə yanğınlarının yaranma riskini də artırıb. Yuxarı Avstriyada bir neçə yanğın halı qeydə alınıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti