...

Banklar avro satışını 35%-dən çox azaldıb

İqtisadiyyat Materials 4 İyul 2025 17:26 (UTC +04:00)
Banklar avro satışını 35%-dən çox azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin may ayında Azərbaycanda fəaliyyət göstərən banklar 22,745 milyon avro alqı-satqısı həyata keçirib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,027 milyon avro və ya 18,1% azalıb. Belə ki, 2024-cü ilin may ayı ərzində banklar 27,772 milyon avro alqı-satqısı həyata keçirmişdi.

Hesabat dövründə bankların avro alışının həcmi 11,906 milyon avro, satışının həcmi isə 10,839 milyon avro olub.

Avro alışı illik müqayisədə 973 min avro və ya 8,9% artıb, satışı isə 6 milyon avro, yaxud da 35,6% azalıb.

2024-cü ilin bəhs olunan dövründə banklar 10,933 milyon avro alış, 16,839 milyon avro satış həyata keçirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti