...

Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri İranı tərk edib - KİV

Dünya xəbərləri Materials 4 İyul 2025 17:09 (UTC +04:00)
Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri İranı tərk edib - KİV
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri artıq İranı tərk ediblər və Vyanaya yollanıblar.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, ötən gün İran hökumətinin yaxın zamanda BAEA-nın hələ də ölkə ərazisində fəaliyyət göstərən müfəttişlərini ölkədən çıxarmağa başlamaq niyyətində olması barədə məlumat yayılmışdı.

İyunun 26-da İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf İslam Respublikasının BAEA ilə əməkdaşlığının dayandırılmasını nəzərdə tutan qanunu ictimailəşdirib. O vurğulayıb ki, İranın nüvə obyektlərinin təhlükəsizliyinə tam təminat verilməyənə qədər agentliklə əməkdaşlıq bərpa oluna bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti