Xankəndi. Trend:
Pakistanın Baş-naziri Şahbaz Şərif İƏT çərçivəsində aşağı karbonlu dəhlizlərin yaradılmasını təklif edib.
Trend-in Xankəndiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Şahbaz Şərif İƏT 17-ci zirvə-görüşündə çıxışında deyib.
“Pakistan aşağıkarbonlu dəhlizlərin, ümumtəşkilati karbon bazarı platformasının və təbii fəlakətlərə qarşı regional dayanıqlılıq sistemlərinin hazırlanmasını təklif edir.
İqlim maliyyələşməsinin səfərbər olunması üçün xüsusi strukturun yaradılması, regional təmiz enerji dəhlizləri və ekoturizm sahəsində təşəbbüslərlə yanaşı, inklüziv və dayanıqlı artımı təşviq edə bilər. Bu, xüsusilə gənclər və qadınlar üçün ‘yaşıl’ iş yerlərinin yaradılmasına və həssas regionlarda dolanışıq vasitələrinin dəstəklənməsinə xidmət edəcək”,- deyə o bildirib.