...

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Trans-Əfqan dəhlizi ilə birləşdiriləcək - Şavkat Mirziyoyev

Siyasət Materials 4 İyul 2025 14:09 (UTC +04:00)
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Trans-Əfqan dəhlizi ilə birləşdiriləcək - Şavkat Mirziyoyev
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Xankəndi. Trend:

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Trans-Əfqan dəhlizi ilə birləşəcək.

Trend-in Xankəndiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İƏT 17-ci zirvə-görüşündə etdiyi çıxışda deyib.

"Son geosiyasi hadisələr və qlobal logistika sistemlərindəki pozuntular fonunda alternativ logistika zəncirlərinin qurulması prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır. Bu kontekstdə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin gerçəkləşdirilməsinə başlanılması mühüm addım olmuşdur. Gələcəkdə bu magistral Trans-Əfqan dəhlizi ilə birləşdiriləcək və bu da regionda tranzit marşrutlarının effektiv inteqrasiyası üçün yeni imkanlar açacaq", – deyə o bildirib.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti