...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb (FOTO/VİDEO)

Siyasət Materials 4 İyul 2025 12:51 (UTC +04:00)
Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.

Trend xəbər verir ki, Pakistanın Baş naziri İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə təşkil edildiyini deyərək, Təşkilatın daha da güclənməsi istiqamətində Azərbaycanın səylərini yüksək qiymətləndirdi.

Məhəmməd Şahbaz Şərif ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyini vurğuladı və bu ilin mayında Laçın şəhərinə səfərini, Azərbaycan-Türkiyə-Pakistan formatında keçirilmiş üçtərəfli görüşü məmnunluqla xatırladı. Baş nazir Qarabağda, o cümlədən Xankəndi şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini qeyd etdi. Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sərmayələr, enerji və digər istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı.

Dövlətimizin başçısı dəvəti qəbul edib bu Zirvə görüşündə iştirakına görə Pakistanın Baş nazirinə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev də öz növbəsində Pakistanın Baş nazirinin Laçına səfərini, üçtərəfli formatda aparılmış müzakirələri məmnunluqla xatırladı.

Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məmnunluqla qeyd olundu, regional məsələlərə dair fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti