Xankəndi. Trend:
Zirvə-görüşünün Xankəndidə keçirilməsini Azərbaycanın sülh, dayanıqlı inkişaf və regional inteqrasiyaya can atması kimi qiymətləndirik.
Trend-in Xankəndiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Qazaxıstanın baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə-görüşündə deyib.
“Sözsüz ki, dost Azərbaycanın sədrliyi ilə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü regional tərəfdaşlığın inkişafına yeni təkan vermiş olacaq”, - deyə o bildirib.