...

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5,2% artıb

İqtisadiyyat Materials 4 İyul 2025 16:53 (UTC +04:00)
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5,2% artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin iyulun biri tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,7% artaraq 820,9 min olub.

Trend bu barədə Dövlət Vergi Xidmətinə istindən xəbər verir.

Məlumata görə, aktiv ƏDV ödəyicilərinin sayı isə 5,2% artaraq 55,6 min təşkil edib.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4% artıb və 226,1 min olub.

Qeyd edək ki, hesabat dövründən bir ay əvvələ qədər Azərbvaycanda aktiv vergi ödəyicilərinin sayı 818,5 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 55,3 min olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti