...

Türkiyədə meşə yanğınları: Çeşmədəki yanğın lokallaşdırılıb (FOTO)

Dünya xəbərləri Materials 4 İyul 2025 11:40 (UTC +04:00)
Türkiyədə meşə yanğınları: Çeşmədəki yanğın lokallaşdırılıb (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Çeşmədəki (İzmir) yanğın nəzarət altına alınıb

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı İzmirin Çeşmə bölgəsində baş vermiş meşə yanğınının nəzarət altına alındığını bildirib.

Bu barədə Trend Türkiyə KİV-ə istinadən xəbər verir.

Nazir eyni zamanda, Ödemiş və Buça bölgələrində də həm havadan, həm də qurudan müdaxilənin davam etdiyini açıqlayıb.

Muğlada yanğın lokallaşdırılıb

Muğlanın Menteşe rayonunda baş verən meşə yanğını havadan və qurudan müdaxilə nəticəsində lokallaşdırılıb.

Yeşilyurt məhəlləsindəki meşəlik ərazidə hələlik naməlum səbəbdən başlayan yanğınla bağlı məlumat daxil olduqdan sonra bölgəyə Muğla Meşə Regional İdarəsinə məxsus hava və quru texnikası cəlb edilib.

4 helikopter, çoxsayda yanğınsöndürmə texnikası və Muğla Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə briqadalarının müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınıb. Yanğından 2 hektar meşə və kolluq sahə zərər görüb. Hazırda ərazidə soyutma işləri davam edir.

Qaziantepin Nurdağı rayonundakı meşə yanğını söndürülüb

Nurdağı rayonunun kənd ərazisində yerləşən Yuxarı Olucak məhəlləsinə yaxın meşə ərazisində naməlum səbəbdən başlanan yanğın, bir müddət sonra tam söndürülüb. Yanğının söndürülməsinə 2 helikopter, dron, 8 arazöz, 4 su tankeri, 5 yanğınsöndürmə maşını, 3 meşə nəqliyyatı vasitəsi, 4 tikinti texnikası, 2 traktor, 4 jandarma patrulu və 30 təhlükəsizlik könüllüsü cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti