...

Azərbaycan və Belçika arasında mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 4 İyul 2025 13:13 (UTC +04:00)
Azərbaycan və Belçika arasında mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüş keçirib.

Trend xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi məlumat yayıb.

Görüş zamanı Qarabağ və Şərqi Zəngəzurda icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə qonağa məlumat verilib.

Görüşdə, iki ölkə arasında mina təhlükəsi ilə mübarizə sahəsində gələcək əməkdaşlıq imkanları, minaaxtaran itlər üzrə təlim proqramlarının və təcrübə mübadiləsinin təşkili, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti