...

Bakıda elektrikli velosipedlərin parkı genişlənir

Cəmiyyət Materials 4 İyul 2025 17:34 (UTC +04:00)
Bakıda elektrikli velosipedlərin parkı genişlənir
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda mikromobilliyin inkişaf etdirilməsi prosesi davam edir. AYNA tərəfindən infrastrukturun genişləndirilməsi, velosiped və skuterlərlə rahat və təhlükəsiz hərəkət üçün mikromobillik zolaqlarının uzunluğunun artırılması və onların bağlılığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə paralel olaraq, velosiped parkının genişləndirilməsi üçün də addımlar atılır.

AYNA-dan Trend-ə verilən məlumata görə, artan tələbatı nəzərə alaraq “APAR” şirkəti bu günlərdə paytaxta yeni elektrikli velosipedlərin gətirilməsi və istifadəyə verilməsini təmin edib.

Müasir rəqəmsal texnologiyalar əsasında yaradılmış platformadan istifadə edərək velosiped həvəskarları onları şəhərin müxtəlif yerlərində yaradılmış məntəqələrdə icarəyə götürə bilərlər.

Yeni velosipedlər ən son texnologiyalar əsasında yaradılıb və əvvəlki modellərlə müqayisədə bir sıra üstünlüyə malikdir. Konstruksiyanın təkmilləşdirilməsi sayəsində onlar istismarda daha praktikdir, yeni erqonomik dizayna və daha az çəkiyə malikdir, hərəkət sürətini və batareyanın doldurulma səviyyəsini göstərən displeylə təchiz edilib. Oturacağın hündürlüyünü insan boyuna daha dəqiq uyğunlaşdırmaq mümkündür ki, bu da hərəkət zamanı rahatlığı və təhlükəsizliyi təmin edir.

Mikromobillik infrastrukturunun daha da inkişaf etdirilməsi, velosiped və skuter parkının yenilənməsi üzrə işlər davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti