...

Qadın güləşçimiz Ruzanna Məmmədova Avropa çempionu oldu

İdman Materials 4 İyul 2025 22:14 (UTC +04:00)
Qadın güləşçimiz Ruzanna Məmmədova Avropa çempionu oldu

Bakı. Trend:

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Ruzanna Məmmədova (62 kq) finalda almaniyalı Leoni Steyqertlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 4:3 hesablı qələbə qazanan Ruzanna ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.

Zəhra Kərimzadə (72 kq) təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilkə 2:8 hesabıyla məğlub olub.

Beləliklə, qadın millimiz qitə birinciliyini 2 qızıl medalla başa vurub. Xatırladaq ki, ötən gün Günay Qurbanova (59 kq) Avropa çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti