...

Azərbaycanla Pakistan arasında investisiya qoyuluşu ilə bağlı Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Materials 5 İyul 2025 11:10 (UTC +04:00)
Azərbaycanla Pakistan arasında investisiya qoyuluşu ilə bağlı Anlaşma Memorandumu imzalanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Pakistan arasında bu ölkəyə investisiya qoyuluşunu nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə bu ölkəyə investisiya qoyuluşunu nəzərdə tutan Anlaşma Memorandumu imzaladıq.

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə imzaladığımız sənəd iki ölkə liderlərinin qarşılıqlı iqtisadi münasibətlərin və sərmayə tərəfdaşlığının daha da gücləndirilməsi barədə tapşırığının icrasına təkan verəcək", - deyə paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti