...

"Çelsi" klublararası dünya çempionatının yarımfinalına yüksəlib

İdman Materials 5 İyul 2025 07:34 (UTC +04:00)
"Çelsi" klublararası dünya çempionatının yarımfinalına yüksəlib

Bakı. Trend:

ABŞ-nin ev sahibliyi etdiyi klublararası dünya çempionatında (KDÇ) ikinci yarımfinalçı məlum olub.

Trend-in məlumatına görə, 1/4 finalda İngiltərənin "Çelsi" komandası Braziliyanın "Palmeyras" kollektivi ilə qarşılaşıb. Görüş London təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da "zadəganlar" adını yarımfinal yazdırıb.

Daha əvvəl Braziliyanın "Fluminense" klubu 1/2 finala yüksəlib.

Klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti